Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində sakinlərlə növbəti səyyar görüş keçirilib 08.12.2022

08 dekabr 2022 | 20:13

08 dekabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Araz zavodu” MMC-də çalışan şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Səyyar görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov,YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Araz zavodunun direktoru Rəhman Mehdiyev , ŞİH-nin şöbə müdirləri, məsul əməkdaşları və şəhərin xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Qəbuldan öncə görüş  iştirakçıları ulu öndərin abidəsini ziyarət edərək  önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Zavodda yaradılmış Heydər Əliyev muzeyinə baxış keçiriblər. Muzeydə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar. Sonra Vətən müharibəsi şəhidi Nicat Ziyafət oğlu Hüseynovun  büstü ziyarət olunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi  torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı bütün dünyada hökm sürən pamdemiya dövrünün  çətinliklərindən, ona qarşı mübarizədən danışıb.  44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın müəllifi olduğu “Dəmir yumruq” əməliyyatından, rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Zəfər yürüşündən bəhs edib. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin dövlətmizi daim inkişafa apardığını, əhalinin sosial rifah halının  yüksəldilməsi  sahəsində görülən işlər və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Ölkə başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərinin və təməlqoyma, açılış mərasimlərində iştiraklarının hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyəti və mənəvi dəyəri olduğunu bildirib.  Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü qeyd edib.  Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müdafiə sənayesi sahəsinə də xüsusi diqqət ayıran cənab İlham Əliyevin respublikanın hərbi qüdrətinin möhkəmləndirilməsindən, xaricdən asılılığının aradan qaldırılması, ordumuzun təminatında yerli istehsalın genişləndirilməsindən söz açıb. Qüdrətli ordu quruculuğuna sahib olmağın  vacib elementlərindən biri onun müasir silah-sursat və hərbi texnika ilə yüksək səviyyədə təchiz edilməsi olduğunu bildirib.  Qeyd edib ki, bütün sahələrdə olduğu kimi  hərbi və müdafiə təyinatlı müəssisələrin yaradılmasında ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olub. Müdafiə sənayesinin dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsindəki rolunu nəzərə alan cənab Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqətdə saxlayır, ordunun müasir silah-sursat və hərbi texnika ilə təmin olunması istiqamətində zəruri tədbirlər gördüyünü bildirib. Milli Məclisin deputatı İltizam Yusifov çıxışında bugünədək sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılaraq həlli istiqamətində şəhər rəhbərliyi ilə birgə tədbirlərin görüldüyünü, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında, Milli Məclisin iclaslarında məsələlərin qaldırıldığını vətəndaşların nəzərinə çatdırıb. Millət vəkili seçiçiləri ilə müntəzəm görüşdüyünü, şəhər sakinlərinin problem və qayğılarına yaxından bələd olduğunu, onların müsbət həlli üçün çalışdığını qeyd edib. YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Araz zavodunun direktoru Rəhman Mehdiyev tarixi Zəfərimizin yaratdığı reallıqlardan danışıblar. Sonra sakinlərin müraciət və problemləri dinlənilib. Qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər işlədikləri zavodun inkişaf etdirilməsinə və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.                                                  

 

 Mətbuat xidməti

Keçidlər