Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində su və kanalizasiya sahəsində genişmiqyaslı işlər davam etdirilir.

06 dekabr 2022 | 18:55

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Şirvan şəhərində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilmiş, şəhərin küçə və prospektlərində müxtəlif diametrli köhnəlmiş su və kanalizasiya xətləri yenisi ilə əvəz olunmuş, su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulan ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti yaxşılaşdırılmışdır. Şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmış və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir. Belə ki, 2019-2022-ci illər ərzində Hacı Zeynalabdin Tağıyev, Mübariz İbrahimov, Vidadi, Xəqani (bağ evləri), Səməd Vurğun, Heydər Əliyev, Nəriman Nərimanov (bağ evləri), Energetik (bağ evləri) küçələrində, həmçinin çoxmənzilli yaşayış binalarında 32066 p/m magistral, 11440 p/m binadaxili, ümumilikdə 43506 p/m müxtəlif diametrli polietilen borularla yeni su xətləri çəkilib istismara verilmiş, su xətlərinin üzərinə 4517 ədəd mexaniki su sayğacları quraşdırılmışdır. Eyni zamanda şəhərin Heydər Əliyev, Xəqani, Leytenant Mahmud İbrahimov, Energetik, Fariz Eynullayev, Faiq İsmayılov, Zülfi Hacıyev, Məmməd Əmin Rəsulzadə, Tofiq İsmayılov, Sahib Zeynalov, Nəriman Nərimanov, 20 Yanvar, Səməd Vurğun küçələrində ümumilkdə 20700 p/m müxtəlif diametrli yeni kanalizasiya xətləri çəkilmiş, 741 ədəd yeni baxış quyusu inşa edilmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin müəssisələri və Sukanal idarəsi tərəfindən  çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki antisanitar vəziyyətin aradan qaldırılması istiqamətində zirzəmilərdən çirkab suların çəkilməsi və kanalizasiya xətlərinin yenilənməsi işlərinə başlanılmış, artıq nəzərdə tutulmuş 76 çoxmənzilli yaşayış binasının 69-da işlər başa çatdırılmış, digər ünvanlarda işlər mərhələli şəkildə davam etdirilir. Kanalizasiya xətləri yenilənmiş binaların zirzəmiləri təmizlənərək dezinfeksiya və deratizasiya işlərinin davam etdirilməsi üçün Şirvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət olunmuşdur. Hazırda şəhər ərazisində bu istiqamətdə görülən işlər davam etdirilir. Şəhər sakinlərinə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə içməli su və kanalizasiya xidmətlərinin əhali və qeyri-əhali sektoru üzrə təminatı daim nəzarətdə saxlanılır.

Keçidlər