Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində su və kanalizasiya şəbəkələri yenidən qurulur.

18 oktyabr 2022 | 17:51

Şirvan şəhərinin su və kanalizasiya şəbəkələrinin yenidən qurulması, şəhər əhalisinin su və kanalizasiya təminatının yaxşılaşdırılması istiqamətində Dövlət Proqramı çərçivəsində Şirvan Sukanal İdarəsi tərəfindən və podratçı təşkilatlar tərəfindən şəhərin küçə və prospektlərində qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri təmir edilib, bir çox küçələrdə su və kanalizasiya xətləri  yenidən qurulub və mövcud çatışmazlıqlar aradan qaldırılıb. Bu istiqamətdə şəhərin F.İsmayılov, M.Mirzəyev, Xəqani, Ş.Şükürov, T.Bağırov, S.Zeynalov, Bülbül, N.Nərimanov (bağ evləri), N.Nərimanov, M.Ə.Rəsulzadə, T.İsmayılov, H.Z.Tağıyev, Naxçıvan, Xəqani (bağ evləri), Şəhriyar, N.Tusi, İ.Qayıbov, F.X.Xoyski, Nizami, Energetik, Natavan, H.Əliyev, Vidadi, M.İbrahimov, E.Əzimov, 1 May, Ş.Şükürov küçələrində ümumilikdə 3323 p/metr polietilen su xətti çəkilib, 485 p/metr polad boru ilə su xətləri cari təmir edilib. 2022-ci il ərzində şəhər ərazisində Şirvan Sukanal İdarəsi tərəfindən ümumilikdə 610 ədəd mexaniki su sayğacı, 9 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb. Şəhərin Bayramlı qəsəbəsində, Ə.Kürçaylı, Çəmənzəminli, M.Ə.Rəsulzadə, Energetik, Naxçıvan, Vidadi, N.Nərimanov (bağ evləri) küçələrində məhəllədaxili kanalizasiya sistemində istismara yararsız olan 294  p/metr kanalizasiya xətti təmir edilib. Şəhər ərazisində çoxmənzilli yaşayış binalarının (H.Əliyev 46, L.İbrahimov 4, 12, Energetik 3, 5, H.Z.Tağıyev-1a,2a,3a, G.Şıxbalaoğlu 62, S.Zeynalov 6, T.İsmayılov 19, 27, 31, 20 Yanvar 17, 26a, Xəqani 19, 21, F.Eynullayev 9, 11, M.Ə.Rəsulzadə 15, 17, 23a, S.Vurğun 28) zirzəmilərində kanalizasiya xəttləri yenilənib. Şəhərin M.Mirzəyev, Xəqani, 28 May, Energetik, Natavan, M.Ə.Rəsulzadə, T.Bağırov, H.Z.Tağıyev, T.İsmayılov, H.Əliyev, S.Ə.Şirvani, S.Zeynalov, M.İbrahimov, Əcəmi küçələrində tutulma ehtimalı böyük olan kanalizasiya xətləri “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsindən göndərilmiş iri həcmli xüsusi texnika və maşınlarla yuyularaq təmizlənib. Müxtəlif küçələrdə 9 ədəd kanalizasiya baxış quyuları təmir edilib.  2022-ci ilin doqquz ayı ərzində su xətlərində 1819, kanalizasiya xətlərində 1601 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb. Dövlət proqramı çərçivəsində Şirvan şəhərinin su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işlərinin davamı olaraq, cari ilin yanvar ayından podratçı təşkilat tərəfindən şəhərin H.Z.Tağıyev, M.İbrahimov, Xəqani (bağ evləri), N.Nərimanov (bağ evləri), Energetik (bağ evləri), S.Vurğun, H.Əliyev küçələrində 11302 p/metr müxtəlif diametrli polietilen boru ilə su xətti çəkilib, 1195 ədəd mexaniki su sayğacı quraşdırılıb. N.Nərimanov, F.Eynullayev, M.Ə.Rəsulzadə, S.Zeynalov, 20 Yanvar, S.Vurğun, T.İsmayılov, Xəqani küçələrində ümumilikdə 9532 p/metr kanalizasiya xətti çəkilib, 549 ədəd kanalizasiya baxış quyusu quraşdırılıb. Hazırda şəhər ərazisində bu istiqamətdə işlər davam etdirilir. Şəhər sakiinlərinə göstərilən xidmətin dayanıqlı olması üçün içməli su və kanalizasiya xidmətlərinin əhali və qeyri-əhali sektoru üzrə təminatı nəzarətdə saxlanılır.

 

Mətbuat xidməti

Keçidlər