Şirvan şəhərində Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib.
10 may 2025 | 19:24
Mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə şəhərin Heydər Əliyev prospektində ağacəkmə aksiyası təşkil edilib.
Ağacəkmə aksiyasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhid ailəsi üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Aksiya zamanı 102 ədəd sərv ağacı əkilərək, aqrotexiki qulluq göstərilib.