Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramı təsdiq edilib.

16 mart 2024 | 15:46

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2024-cü il tarixli, 43 nömrəli Sərəncamı ilə Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramı təsdiq edilib.

Proqramın məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.

Bu məqsədə nail olmaq üçün 2024–2028-ci illər üçün 13 prioritet istiqamət müəyyən olunmuş və proqramın həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılaraq Tədbirlər Planında öz əksini tapmışdır. Belə ki, Şirvan şəhərinin iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər sözügedən prioritet istiqamətlər nəzərə alınmaqla gerçəkləşdiriləcəkdir.

Bu istiqamətdə atılacaq addımlar sırasına dayanıqlı iqtisadi artımın dəstəklənməsi, layiqli məşğulluq imkanlarının yaradılması, şəhər əhalisi üçün əlçatan, etibarlı və müasir enerji xidmətləri, habelə təmiz enerji texnologiyalarının tətbiqi, iqtisadi inkişafı və insan rifahını dəstəkləyən keyfiyyətli və möhkəm infrastrukturun qurulması, habelə ekoloji ekosistemlərin dayanıqlığının təmin edilməsi kimi prioritet məsələlər proqrama daxil edilmişdir.

2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramı yaxın beş il ərzində bütün sahələrdə inkişafın perspektiv əsaslarını formalaşdırmaqla Şirvan şəhərinin yeni inkişaf mərhələsinin əsasını qoyacaq.

 

Keçidlər