Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin küçələrinə asfalt-beton örtüyün vurulması planlaşdırılır.

22 fevral 2024 | 12:53

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Şirvan şəhərində uğurla həyata keçirilir. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən nəqliyyat infrastrukturu obyektlərinə (küçələrə) baxış keçirilmiş və asfalt-beton örtüyünün vurulması daha vacib olan yollar və küçələr müəyyənləşdirilmişdir.

Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən baxış zamanı şəhər sakinlərinin müracitləri, vətəndaş qəbulunda və səyyar görüş-qəbullarda səslənən təklifləri nəzərə alınmışdır.

2024-cü ildə şəhərin 32 küçəsinə ümumilikdə 63330 kv.metr asfalt-beton örtüyün vurulması nəzərdə tutulur.

Keçidlər