Şirvan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi işləri çərçivəsində asfalt örtüyü yararsız vəziyyətə düşmüş küçələrə yeni asfalt örtüyünün vurulması işləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların icrası nəticəsində Şirvan şəhərində də içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası həyata keçirilir.
Su təchizatı və kanalizasiya sistemi yenidən qurulan ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti yaxşılaşdırılmışdır.
Layihə əsasında şəhərin Məhəmməd Əsədov və Məmməd Səid Ordubadi küçələrində yeni su və kanalizasiya şəbəkəsinin qurulması işləri yekunlaşdırılmış, görülən işlər zamanı həmin küçələrin asfalt örtüyü sıradan çıxaraq yararsız vəziyyətə düşməsi səbəbindən Şrvan Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən əraziyə yeni asfalt örtüyü vurulmuşdur. Hazırda Şəhidlər və Mehdi Hüseynzadə küçələrində asfaltlanma işləri davam etdirilir.