Şirvan şəhərinin ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.
14 iyun 2024 | 12:00
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirlər şagirdlərin hazırladıqları şeir, mahnı və rəqs kompozisiyaları ilə davam etdirilib.
Yüksək təşkilatçılıqla keçirilən “Son zəng” tədbirləri məzunların həyatında unudulmaz bir günə çevrilib.
Keçirilən “Son zəng” tədbirlərində ənənəvi olaraq şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, qəsəbə nümayəndələri iştirak edərək şəhər İcra Hakimiyyəti başçısının təbriklərini çatdırıblar.