Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 1 - İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub.

30 may 2025 | 15:04

Mayın 30-da Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Təhsil İdarəsi və Şirvan Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirdə öncə məktəblilərin hazırladığı rəsm və əl işlərindən ibarət sərgiyə və müxtəlif peşə stendlərinə baxış keçirilib.

Tədbir Şirvan şəhəri, Salyan, Biləsuvar, Hacıqabul və Neftçala rayonun ümumtəhsil məktəblilərinin ifasında rəngarəng konsert programı ilə davam edib.

Keçidlər