Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 15 iyun - Milli Qurtuluş gününə həsr edilmiş silsilə ümumi şəhər tədbirləri Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında davam edib.

15 iyun 2022 | 17:42
Şirvan şəhər İcra Hakimiyətinin tədbirlər planına uyğun olaraq İcra Hakimiyyətinin və Şirvan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 15 - iyun Milli Qurtuluş gününə həsr edilmiş silsilə tədbirlər günün ikinci yarısında Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında davam edib. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şura üzvlərinin, hüquq mühafizə orqanlarının, şəhərdə fəaliyyət göstərən regional təşkilatların rəhbərlərinin, ictimai-siyasi qurumların nümayəndələrin, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının və geniş ictimaiyyətin iştirakı ilə keçirilən tədbir gənc idmançıların nümunəvi çıxışları ilə başlayıb. Sonra tədbir iştirakçıları şəhərin ümumi təhsil məktəblərin şagirdlərinin və tanınmış rəssam Arzu İmanovanın yetişdirdiyi gənc rəssamların Ulu öndər Heydər Əliyevə, 15 İyun - Milli Qurtuluş gününə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirdə Şirvan Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən öz fəaliyyət kollektivi, şəhər musiqi məktəbin müəllim və şagirdləri, 1 nömrəli məktəbin xor kollektivi böyük konsert programı ilə çıxış ediblər. Konsertdə Ulu öndər Heydər Əliyevə, Azərbaycana, Vətənə həsr edilmiş mahnılar iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.15 iyun-Milli Qurtuluş günunə həsr olunmuş bayram konserti tədbir iştirakçılarına xoş bayram ovqatı bəxş edib.Tədbir atəşfəşanlıqla başa çatıb.
 
Mətbuat xidməti
Keçidlər