Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 15 may – Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər keçirilib.

15 may 2024 | 17:43

Mayın 15-də Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində rəsm sərgisi təşkil edilib.

Sonra Şirvan Şəhər İcra Hakimiyyəti və “Şirvan Gənclər evi” SXM-nin birlikdə təşkilatçılığı ilə “Ekoloji düşüncə ailədən başlayır” mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirlərin təşkil edilməsində məqsəd milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, ekoloji düşüncə və sağlam həyat tərzinin təbliğ edilməsidir.

Keçidlər