Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

18 oktyabr 2024 | 15:33

Oktyabrın 18-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində şəhərin Heydər Əliyev prospekti boyunca olan ərazidə, M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, YAP Şirvan şəhər təşkilatının, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Aksiya zamanı 900-dən çox şam və sərv ağacı əkilərək suvarılıb, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Keçidlər