Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Zona forumu təşkil olundu.

31 yanvar 2025 | 16:43

Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və Şirvan Gənclər Evinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə region gənclərinin iştirakı ilə Zona forumu təşkil olundu.

Forumda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb, dövlət gənclər siyasətinin banisi olan Ümummilli liderin əziz xatirəsinə dərin ehtiram ifadə olunub. Daha sonra idarə əməkdaşları və bir qrup fəal gənc tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlk öncə çıxışçılar 2 Fevral - Azərbaycan Gəncləri Gününün Ümumilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə miras qoymasından, müstəqillik dövründə yetişən gənclərin hərtərəfli inkişafı üçün yaratdığı imkanlardan bəhs etdilər. 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edilər.

Forum panel müzakirələri ilə davam etdirilib. Müzakirələrdə iştirakçıların sualları cavablandırılıb, təklif və tövsiyələri dinlənilib.

Daha sonra şəhərin ictimai həyatında fəal iştirak edən bir qrup gənc şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib. Sonda xatirə şəkli çəkilib.

Keçidlər