Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 3 dekabr «Beynəlxalq Əlillər Günü» münasibəti ilə tədbir keçirilib.

03 dekabr 2022 | 11:44

Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin və Şirvan Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 3 dekabr “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş “Biz birlikdə güclüyük!” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda və Vətən müharibəsində rəşadət və qəhrəmanlıq göstərərək canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov,Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracova çıxış edərək 3 dekabr “Beynəlxalq Əlillər Günü”nun 1992-ci ilin dekabrın 14-də BMT Baş Məclisinin qərarı ilə təsis edildiyini, Ümummmilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən başlayaraq Azərbaycanda da geniş qeyd olunduğu bildirilib.  Ölkəmizdə 600 min nəfərdən çox, Şirvanda isə 3000 nəfərə yaxın əlilin olduğu qeyd olunaraq onların hüquqlarının qorunması, sosial-rifah halının yaxşılaşması, problemlərinin həlli, maddi-mənəvi təminatlarının gücləndirilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən dövlət proqramlarından danışılıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan əlillərə münasibətdə həyata keçirilən dövlət siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də layiqincə davam etdirildiyi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olanların ailələri, Vətən Müharibəsində qəhrəmanlıq göstərib yaralanan qazilərlə keçirdikləri görüşlərin cəmiyyətə örnək nümunəsi olduğu vurğulanıb. Dövlət başçısının əlillərə göstərdiyi diqqət və qayğının yerlərdə də davam etdirildiyi bildirilib. Qeyd olunub ki, Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət edən aztəminatlı əlillərə maddi, mənəvi və təşkilati köməkliklər olunur. Şirvanda Mərkəzi Şəhər Xəstəxanasında, Şirvan Diaqnostika Mərkəzində, Şirvan Reabilitasiya Mərkəzində əlillərə xüsusi həssaslıqla yanaşılır, onların müalicəsi, reabilitasiyası istiqamətində zəruri tədbirlər görülür. Sonra tədbir fiziki qüsurlu şəxslərin müxtəlif idman növləri üzrə nümunəvi çıxışları ilə davam edib. Şirvan Mədəniyyət Mərkəzinin kollektivinin rəngarəng musiqi proqramları ilə çıxışı tədbir iştirakçılarına bayram ovqatı yaşadıb. Sonda 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə nümunəvi çıxışlarda fərqlənən əlillərə diplom və hədiyyələr təqdim olunub.

Keçidlər