Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 3 dekabr «Beynəlxalq Əlillər Günü» münasibətilə tədbir keçirilib.

30 noyabr 2023 | 19:39

Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 3 dekabr “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş “Biz birlikdə güclüyük!” adlı tədbir keçirilib.

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhları bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevayanın tapşırıqları ilə ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, əlillərin təhsilə, əmək fəaliyyətinə cəlb olunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən silsilə tədbirlər görülür, bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, bu möhtəşəm qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərildi.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə  həyata keçirilən işlərdən danışıb. Bildirib ki, əlilliyi olan şəxslərə xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. O, əlilliyi olan şəxslərin inkluziv cəmiyyətdə yaşamasının ən önəmli faktor olduğunu bildirib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Nabat Abdulova son illər reabilitasiya xidmətləri sahəsində görülən işlər barədə çıxış edib, reabilitasiya infrastrukturunun genişləndirilməsi, gələcək hədəflər barədə məlumat verib.

Tədbirdə Şirvan Şəhər Musiqi Məktəbinin kollektivi və əlilliyi olan şəxslərin birgə musiqili ifaları və rəqs nömrələri, əl işləri təqdim edilib.

Keçidlər