Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə şəhid anaları ilə görüş keçirilib.

07 mart 2023 | 19:32

7 mart 2023-cü il tarixdə Şirvan şəhərində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ilə görüş keçirilib. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları və şəhid ailələri iştirak ediblər. Tədbirdə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbiri giriş sözü ilə açaraq başda şəhid anaları, şəhidlərin həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü və Yel çərşənbəsi münasibətilə təbrik edib, onlara ən xoş arzularını ifadə edib. Azərbaycan qadınının öz ağlı, zəkası, müdrikliyi, vəfası və yüksək analıq keyfiyyətləri ilə  xalqımızı, millətimizi daim ucaltdığını, milli əxlaqi dəyərlərimizi, adət-ənənələrmizi, dilimizin saflığını ən mürəkkəb dövrlərdə yaşadan analarımızın bəşəriyyətə görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etdiyini söyləyib. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qadınlara göstərilən diqqət və qayğını dövlət siyasəti səviyyəsinə qaldırdığını, onun Azərbaycan xanımları haqqında mötəbər tədbirlərdə səsləndirdiyi fikirləri xatırladıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazası yaradıldığını, qadınların mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunduqlarını, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiklərini, ölkəmizin inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın timsalında qadınların həm gözəl ana, həm də fəal ictimai xadim ola biləcəyini vurğulayıb. Tarixin bütün dövrlərində  qadınların kişilərlə çiyin-çiyinə böyük qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdiyini, 44 günlük Vətən Müharibəsində tarixi Zəfərin əldə olunmasında əhəmiyyətli rol oynadıqlarını diqqətə çatdırıb və  qəhrəmanlarımızı dünyaya gətirən bütün analara, xüsusilə şəhid analarına minnətdarlığını ifadə edib. Respublikamızın hər yerində olduğu kimi, şirvanlı qadınların da şəhərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini qeyd edib. Sonra Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunu səsləndirib. Şirvan şəhər prokuroru Kamal Talıbov, Polis Şöbəsinin rəisi Fizuli Əhmədov,  şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov tədbirdə iştirak edən xanımların timsalında bütün Azərbaycan qadınlarını təbrik edərək, dövlətimizin əsaslarının möhkəmləndirilməsində, ölkəmizin hərtəfli inkişafında, eyni zamanda ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş Vətən oğullarının yetişməsində Azərbaycan qadınlarının rolundan bəhs ediblər. Şəhidlərimizin xalqımızın qəlbində daim yaşayacağını və gələcək nəsillər üçün örnək olacağını vurğulayıblar. Şəhid analarının və vəfalı həyat yoldaşlarının ən yüksək hörmət və ehtirama layiq olduqlarını qeyd ediblər. Tədbirin sonunda şəhid analarına gül dəstələri, hədiyyələr təqdim olunub və birlikdə xatirə şəkli çəkilib. 

 

 

Mətbuat xidməti

Keçidlər