Şirvanda 8 noyabr - Zəfər Günü münasibətilə fləşmob təşkil olunub.
06 noyabr 2024 | 16:29
Fləşmobun nümayiş olunduğu tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şirvan Peşə Liseyinin tələbələri və gənclər iştirak ediblər.
Şirvan Gənclər evinin həyətində təşkil olunan fləşmobda 100 nəfərdən çox gənc “44 Zəfər” yazısını təsvir edib.
Tədbirdə Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Fləşmob tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.