Şirvanda 8 Noyabr - Zəfər Günü münasibətilə fləşmob təşkil olunub.
Fləşmobun nümayiş olunduğu tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə M.Füzuli adına Mədəniyyət və İstirahət Parkındakı "Zəfər” abidəsi ziyarət olunub, abidə önünə gül cələngi qoyulub.
Sonra "Zəfər” abidəsinin önündə təşkil olunan fləşmobda şəhər S.Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri “Qarabağ sən dirçəlirsən!” yazısını təsvir ediblər.
Fləşmobda “Qarabağ Azərbaycandır!”, “Qarabağ, sən dirçəlirsən!” şüarları səsləndirilib. Fləşmob tədbir iştirakçıları tərəfindən maraqla və alqışlarla qarşılanıb.






