Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 8 Noyabr - Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur.

05 noyabr 2023 | 11:27

8 Noyabr - Zəfər Günü münasibətilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsində, Şirvan Gənclər Evində, Əlillərin Bərpa Mərkəzində və  şəhərin mədəniyyət və təhsil müəssisələrində tədbirlər təşkil edilib.

Keçirilən tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, habelə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir iştirakçılarına Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə ətraflı məlumat verilib. Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılıb. Eləcə də təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar keçirilib.

Keçidlər