Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 8 Noyabr — Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib.

07 noyabr 2025 | 20:23

Noyabrın 7-də Şirvan Şəhər İcra Hakimiyyəti və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birlikdə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev meydanında 8 Noyabr - Zəfər Günü münasibətilə konsert təşkil edilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Əməkdar Kollektivi F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının instrumental heyəti və solistlərinin ifası ilə keçirilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla sona çatıb.

Keçidlər