Şirvanda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərgi təşkil edilib.
Şirvan şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər davam edir.
Noyabrın 8-də Şirvan şəhər M.Füzuli adına Mədəniyyət və İstirahət Parkındakı “Qarabağ” xiyabanında məktəblilərinin rəsm və əl işlərindən ibarət sərgi və şəhərin yeniyetmə və gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları nümayiş olunub.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nümayiş olunan əl işləri, xüsusən də Zəfərin əsas simvolu olan "Xarıbülbül" rəsminin müxtəlif formalarda təsvirləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.






