Şirvanda 8 Noyabr - Zəfər Gününün dördüncü ildönümünə həsr edilən silsilə tədbirlər keçirilir.
8 Noyabr - Zəfər Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Tədbirdə öncə Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Sonra şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət edilib, abidə önünə əklil qoyulub.
Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhid ailəsi üzvləri və müharibə iştirakçılarının iştirakı ilə Şəhidlər Xiyababında və M.Füzuli adına Mədəniyyət və İstirahət Parkındakı "Zəfər” abidəsinin ətrafında Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib. Aksiyalar zamanı müxtəlif növ ağaclar əkilib və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.