Şirvanda “Anım Günü” ərəfəsində Vətən müharibəsi əlilləri evlərində ziyarət olunub.
27 sentyabr Anım Günü ərəfəsində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva Vətən müharibəsi əlillərini evlərində ziyarət ediblər.
Ziyarətlər zamanı Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, qəhrəman Vətən övladlarının torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs olunub.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən böyük diqqət və qayğıdan danışılaraq, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğu vurğulanıb.