Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

26 sentyabr 2025 | 16:27

Şirvanda "Konstitusiya və Suverenlik İli" çərçivəsində silsilə tədbirlər davam etdirilir

Sentyabrın 26-da şəhərin H.Əliyev prospektində və M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında 27 sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı 1000-dən çox Eldar şamı və sərv ağacı əkilərək aqrotexiki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Aksiyanın keçirilməsində məqsəd torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.

Keçidlər