Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda antinarkotik təbliğatı sahəsində maarifləndirmə məqsədilə tədbir keçirilib.

01 noyabr 2022 | 14:56

1 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Polis şöbəsinin birgə təşkilatçılığı ilə S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin akt zalında 9, 10, 11-ci sinif şagirdlərinin iştirakı ilə antinarkotik təbliğatı sahəsində maarifləndirmə məqsədilə  tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Prokurorunun müavini Zaur Qasımov, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak edib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamladıqdan sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyasının fəaliyyətindən danışıb. Narkomanlığın cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi,  yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, onların sağlam mühitə qaytarılması, müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən olunduğunu, narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının qəbul edildiyini və uğurla həyata keçirildiyini bildirib. Şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Əhmədov,  Şirvan şəhər Prokurorunun müavini Zaur Qasımov, 1 nömrəli məktəbin direktoru Rəfiqə Atayeva hazırda şəhərimizdə narkomaniyaya və narkotiklərn qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər həyata keçirildiyini, qısa müddətdə şəhərin narkotik tacirlərindən təmizlənməsi məqsədilə xeyli işlər görüldüyünü vurğulayıblar. Daxili işlər orqanlarında xidmət etmək həvəsində olan yuxarı sinif şagirdlərinə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verilib. Polis peşəsinin şərəfli xidmət sahəsi olmasından, DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkilindən, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şəraitdən danışıblar. Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

 

 

Mətbuat xidməti

Keçidlər