Şirvanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib.
25 iyun 2026 | 13:29
İyunun 25-də Aşura günü münasibətilə Şirvan şəhər məscidində könüllü qanvermə aksiyası təşkil olunub.
Səhər saatlarından başlayan aksiyada həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılır, müvafiq tibbi müayinədən sonra onlardan qan götürülür. Toplanan qan ehtiyatı yoxlandıqdan sonra talassemiya, hemofiliya və leykoz kimi xəstəliklərdən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.
Qeyd edək ki, qanvermə aksiyası gün ərzində davam edəcək.






