Şirvanda Bilik Günü qeyd edilib.
Sentyabrın 16-da yeni tədris ilinin başlanması münasibətilə Şirvan şəhərinin ümumtəhsil məktəblərində tədbirlər keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 16 nömrəli tam orta məktəbdə keçirilən 15 sentyabr - Bilik Gününə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Öncə Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektor müdiri Varis Qasımlı, şəhər 16 nömrəli tam orta məktəbin direktoru Aytən Ağalarova çıxış edərək, ötən dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yeni tədris ilində şəhər təhsil ictimaiyyətini, məktəbin müəllim və şagird kollektivini, xüsusilə ilk dərs gününün həyəcanını yaşayan birinciləri “Bilik Günü” münasibətilə təbrik edərək, uğurlar arzulayıb.
Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məktəbdə yaradılan şəraitlə yaxından tanış olub, dərslərin gedişatını izləyib, şagirdlərlə həmsöhbət olub.