Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Bilik Gününə həsr olunmuş tədbirlər keçirilib.

15 sentyabr 2025 | 12:29

15 sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə Şirvan şəhərinin ümumtəhsil məktəblərində tədbirlər keçirilib.

Tədbirlərdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları təşkil edilmiş tədbirlərdə iştirak edib, şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasovun Bilik Günü münasibətilə təbrikini kollektivə və tədbir iştirakçılarına çatdırıblar.

Tədbirlərdə məktəblilərin ifasında şeirlər səsləndirilib, mahnı və rəqs nömrələri nümayiş olunub. 

Keçidlər