Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları yenidən qurulur.

06 sentyabr 2022 | 18:39

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirildiyi Şirvan şəhər Şəhidlər xiyabanında əsaslı təmir işləri aparılır və mövcud məkan yenidən qurulur. Vətən müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürülməsi, Şəhidlər Xiyabanıda aparılan genişmiqyaslı abadlıq-bərpa işləri Birinci Qarabağ müharibəsi şəhidlərininin də məzarlarının üstünün qara mərmərdən götürülməsi zərurətini yaradıb. Qeyd edək ki, Şirvan şəhərinin Birinci Qarabağ müharibəsi şəhidlərinin 99 nəfəri Şirvan Şəhidlər xiyabanında dəfn olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürülməsi işləri sürətlə davam etdirilir. Artıq 695 kv. metr döşəməyə monolit dəmir beton qatı verilib, 591 kv.metr döşəmə mərmər tavalarla üzlənib, 340  paqon metr beton bardurlar düzülüb. 99 məzardan 31-nin sinə daşı, 23-nün başdaşı qoyulub. Əlavə olaraq, el qəbiristanlığında dəfn olunan Şirvan şəhidlərinin xatirəsinə Şəhidlər Xiyabanında abidə kompleksinin tikilməsi üçün layihələndirmə işlərinə başlanılıb. Cari ildə Şəhidlər Xiyabanının ətrafında asfalanma işlərinin aparılması nəzərdə tutulub. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müntəzəm olaraq Şəhidlər xiyabanında aparılan abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olur, zəruri tapşırıq və tövsiyələrini verir, şəhidlərin məzarlarını ziyarət edir, şəhid ailələri ilə görüşür, belə qəhrəman övladlar böyütdükləri üçün onlara təşəkkürünü bildirir, problemləri ilə yaxından maraqlanır. Şəhidlər Xiyabanında ardıcıl aparılan təmir-bərpa işləri qürur yerimiz olan müqəddəs məkana, şəhidlərimizin xatirəsinə dövlət səviyyəsində sonsuz diqqət və ehtiramın təcəssümüdür.

 

 

Mətbuat xidməti

Keçidlər