Şirvanda COP29-la bağlı xüsusi qərargahın iclası keçirilib.
Noyabrın 6-da 2024-cü ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında müvafiq qurumların rəhbərlərindən ibarət xüsusi Qərargahın iclası keçirilib.
İclasda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
İclasda çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin növbəti tarixi uğuru olaraq beynəlxalq ictimaiyyət tərəfindən keçirilməsi ölkəmizə etibar edilmiş COP29-un əhəmiyyətindən danışıb, mötəbər tədbirin yüksək səviyyədə baş tutacağına əminliyini bildirib.
Qeyd edib ki, 11-22 noyabr tarixlərində Azərbaycanda müxtəlif ölkələri təmsil edən on minlərlə nümayəndənin iştirakı ilə dünyanın mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un keçirilməsi ilə əlaqədar şəhər ərazisində bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətini və bununla bağlı zəruri tədbirlərin görülməsini, ərazinin sanitar təmizliyinin daim diqqətdə saxlanılması məqsədilə xüsusi qərargah yaradılıb.
İlqar Abbasov qərargahın fəaliyyətinin operativliyini təmin etmək məqsədilə aidiyyəti qurumlarda “qaynar xətt” xidməti və fasiləsiz növbətçilik sisteminin təşkil edildiyini vurğulayıb. Qərargah üzvləri tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə mütəmadi olaraq Qərargaha məlumat verilməsi, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətinin təmin edilməsi, şəhər ərazisinin sanitar təmizliyinin daim diqqətdə saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verib.