Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda daha bir məhəllənin abadlaşdırılması başa çatdırılıb.

02 fevral 2024 | 17:28

Şəhərin 20 Yanvar küçəsi 26-32, 34-36 saylı binaların qarşısında müasir memarlıq üslubunda salınan “Abad məhəllə” sakinlərinin istifadəsinə verilib. Sahəsi 0,20  ha olan əraziyə 287 kv.m tamet tavalar döşənib, 165 p/m beton bordyurlar düzülüb, 2 ədəd söhbətgah, uşaqlar üçün əyləncə qurğuları, oturacaqlar, tullantı qutuları quraşdırılmış, avtodayanacağa 447 kv.m asfalt-beton örtüyü vurulmuşdur.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ağacəkmə aksiyasında iştirak edib. Əraziyə ümumilikdə 56 ədəd şam ağacı, 1 ədəd palma, 173 ədəd həmişəyaşıl gül kolu əkilmişdir.

Məhəllə sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemləri dinləyib, həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Sakinlər göstərilən diqqət və qayğıya, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər