Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Daxili Qoşunların yaranmasının 31-ci ildönümü qeyd olunub.

11 mart 2023 | 15:36

Daxili Qoşunların yaranmasının 31-ci ildönümü münasibətilə Şirvan şəhər ərazisində yerləşən N saylı hərbi hissədə tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, rəis müavini, polis polkovnik-leytenantı Kəmaləddin Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Əhmədov,Vətən müharibəsinin şəhidləri Kamran Fərəcovun atası İlqar Fərəcov, Emil Hümbətovun atası Tərlan Hümbətov, hərbi hissənin komandanlığı və şəxsi heyəti iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Hərbi hissə komandirinin müavini, polkovnik leytenant Bilal Hacıyev Daxili Qoşunların yaranma tarixindən bəhs edərək, martın 12-nin hərbi hissənin həyatında əlamətdar gün olduğunu bildirib. 1991-ci ilin dekabrında yaradılmış Daxili Qoşunların hərbi hissələrinin 1992-ci ilin mart ayının 12-də Ağdam rayonunun Paravənd və Qalayçılar kəndləri istiqamətində ilk döyüşlər apardığını xatırladıb. Ümummili lider Heydər Əliyevin sərəncamı ilə hər il martın 12-nin Daxili Qoşunların yaranması günü kimi qeyd edildiyini diqqətə çatdırıb.  Sonra Hərbi hissə komandirinin 1-ci müavini, Qərargah rəisi, polkovnik leytenat Vüqar Novruzov Daxili Qoşunların yaranmasının 31-ci ildönümü münasibətilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunlar komandanının təbrikini tədbir iştirakçılarına çatdırıb. Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, şəhid atası İlqar Fərəcov, hərbi hissə komandiri, polkovnik Rəşadət Süleymanov Daxili Qoşunların yaranmasının 31-ci ildönümü və qarşıdan gələn Novruz bayramı münasibətilə əsgər və zabitləri təbrik edib və onlara xoş arzularını çatdırıblar. Müstəqillik tariximizdə Daxili Qoşunların şəxsi heyətinin xüsusi rolu olduğunu, həmçinin Şanlı Zəfərlə başa çatan Vətən müharibəsində də iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərdiklərini qeyd ediblər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini, diqqət və qayğı, eyni zamanda ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bildiyini, yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik quruma çevrildiyini vurğulayıblar. Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində xüsusi karantin rejiminin tətbiqi ilə bağlı polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının gücləndirilmiş iş rejimində xidmət apardığını, yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirdiyini xatırladıblar. Daxili Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə ediblər. Sonra Daxili Qoşunların yaranmasının 31-ci ildönümü münasibətilə xidmətdə xüsusi fərqlənmiş, yüksək peşə hazırlığı ilə nümunəvi hərbi intizam nümayiş etdirmiş bir qrup hərbi qulluqçu Daxili İşlər Nazirinin, Daxili İşlər Naziri müavininin-Daxili Qoşunlar Komandanının və hərbi hissə komandirinin əmrləri Fəxri fərmanla təltif ediliblər. Tədbir Hərbi hissənin şəxsi heyətinin təntənəli keçidi ilə başa çatıb. 

 

 

Mətbuat xidməti

Keçidlər