Şirvanda Dövlət Bayrağı Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərin Bayraq meydanında, Heydər Əliyev prospektində və M.Füzuli adına Mədəniyyət və İstirahət Parkındakı "Zəfər abidəsi" ətrafında ağacəkmə aksiyaları təşkil olunub. Aksiyalar zamanı həmişəyaşıl və müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.