Şirvanda Dövlət Bayrağı Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərin Bayraq meydanında ağacəkmə aksiyası təşkil olunub.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı əraziyə həmişəyaşıl və müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Tədbirdə şəhər 10 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.