Şirvanda Dövlət Bayrağı Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
09 noyabr 2025 | 11:37
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərin Bayraq meydanında ağacəkmə aksiyası təşkil olunub.
Aksiya zamanı əraziyə müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.






