Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda dövlət qulluqçuları üçün “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzusunda təlim təşkil edilib.

17 dekabr 2024 | 15:00

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ilin sonuna qədər dövlət qulluqçuları üçün təlimlər keçirilir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 17,18,20 dekabr 2024-cü il tarixlərdə Şirvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili”, “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub.

Dekabrın 17-də Şirvan Şəhər İcra Hakimiyyətində və digər dövlət qurumlarında çalışan dövlət qulluqçuları üçün Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzusunda təlim keçirilib.

Təlim zamanı işçilər arasında rifahı təmin edən və pozan amillər, fəsadları, stres və tükənmə ilə mübarizənin yolları kimi mövzulara toxunulub. Təlim müddətində mövzuya dair test tapşırıqları, əyaniliyi təmin edən videoçarxlar təqdim olunaraq təlimin daha interaktiv keçməsinə imkan yaradılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.

Keçidlər