Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib.
İyunun 23-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət qulluqçularının peşə bayramı münasibətilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları və şəhərdə fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.
Tədbir iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edib, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb.
Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil və müasir dövlət qulluğu sisteminin yaradıldığını, “Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli Qanun da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul edildiyini, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsinin bu sahədə çalışan insanların əməyinə verilən ən yüksək səviyyədə dəyərin təzahürü olduğunu diqqətə çatdırıb.
İlqar Abbasov şəhərimizdə də dövlət qulluqçularının əməyinə yüksək qiymət verildiyini, o cümlədən 21 iyun 2025-ci il tarixli Sərəncamla Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Bayramlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Elnur Ələkbər oğlunun “dövlət quluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini qeyd edib və möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə bir qrup dövlət qulluqçusu dövlət qulluqçularının peşə bayramı münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.