Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd edilib.

29 mart 2023 | 14:57

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 104-cü ildönümü və Dövət  Təhlükəsizliyi Xidmətinin işçilərinin peşə bayramı günü münasibətilə Şirvan şəhərində tədbir keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin iclas zalında keçirlən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Xidmətin məsul əməkdaşları iştirak edib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 104-cü ildönümü və peşə bayramı günü münasibətilə Xidmətin əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 104 il ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən, dövlətimizin təhlükəsizliyi və güclənməsi yolunda şərəfli xidmətlərindən danışıb. Bugünkü güclü Azərbaycan Respublikasının təməlinın məhz Ümummili lider Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarına və  ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirib. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun formalaşdığını və daha da inkişaf etdiyini diqqətə çatdırıb. Hər il peşə bayramları ərəfəsində dövlət başçısı tərəfindən təhlükəsizlik orqanları əməkdaşlarının təltif edilməsinin onların əməyinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib. Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımovun da ölkə Prezidentinin müvafiq Sərəncamı ilə "Dövlət Təhlükəsizliyi Xidmətinin Fəxri Əməkdaşı" döş nişanı ilə təltif edildiyini vurğulayıb və bir daha təbrik edib. Peşə bayramı münasibətilə Ulu öndərin imzasının simvolunu və Vətən Müharibəsində igidlik göstərən əsgər və zabitlərin şərəfinə ucaldılan "Zəfər abidəsi"nin maketini ona təqdim edib.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov çıxış edərək, təbrikə görə əməkdaşlar adından Şəhər İcra Hakimiyyətinin başçısına təşəkkürünü bildirib. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə qarşıya qoyulan tapşırıqların, həvalə edilmiş ümdə vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, dövlətə, xalqa əzm və sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib. Daha sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin işçilərinin peşə bayramı günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin bir qrup əməkdaşı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. Sonda xatirə şəkli çəkilib.

                                                        

Mətbuat xidməti

 

Keçidlər