Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda əmək yarmarkası təşkil olunub.

18 mart 2026 | 17:04
Martın 18-də Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün Şirvan şəhərində əmək yarmarkası keçirilib.
 
Yarmarkada Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Məşğulluq filialının əməkdaşları, işəgötürənlərin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
 
Aktiv məşğulluq tədbirində 9 işəgötürən tərəfindən 50-dən çox boş iş yeri təqdim olunub.
 
Yarmarkada işsiz və işaxtaran şəxslərə boş iş yerləri, vakansiyalara dair tələblər barədə məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər müsahibə mərhələsinə dəvət ediliblər.
Keçidlər