Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

03 noyabr 2022 | 19:49

03 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri mövzusunda Şirvan şəhər Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir keçirilib. Tədbirdə Gşirvan Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Şəhər Xəstəxanaslı Publik Hüquqi Şəxsin, Polis şöbəsinin əməkdaşlarından ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi, Heydər Əliyev Mərkəzinin əməkdaşları, şəhər ümutəhsil məktəblərinin şagirdləri iştirak edib. Öncə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Aynur Fərzəliyeva dünyada olduğu kimi ölkəmizdə də ekən nikahın fəsadlarına və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemlərindən biri olduğunu, buna görə də ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi bazanın yaradıldığını bildirib. Şəhər ərazisində məişət zorakılığı hallarının aşkar edilməsi, zorakılıq qurbanlarına hüquqi və mənəvi dəstək göstərilməsi, zorakılıq törədən şəxslərlə maarifləndirici söhbətlərin aparılması, lazım gələrsə məsuliyyətə cəlb edilməsi, erkən nikahların və qanunsuz kəbinlərin qəti şəkildə qarşısının alınması, qızların təhsil alması, reproduktiv sağlamlığa nəzarət olunması və digər məsələlərlə bağlı monitorinq qrupunun qısa zamanda gördüyü işlərdən danışıb. Şirvan Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun katibi Samirə İsmayılova Ailə və Cinayət məcəllələrində qızların nikah yaşı həddinin 18 yaş müəyyən olunduğunu, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bildiyini diqqətə çatdırıb. Yalnız Qeydiyyat şöbələrində bağlanılan nikahların hüquqi əhəmiyyət daşıdığını, qanunsuz nikahla ailə quran qızların ailə mübahisələrində Ailə, Mülki məcəllələrinin qanuni nikah üçün verdiyi hüquqlardan istifadə edə bilmədiyini vurğulayıb. Seminar iştirakçılarını erkən nikah və qohumlar arasında nikaha məcbur edilmə halları ilə bağlı özlərinin və yaxınlarının müdafiəsinə, hətta şahidi olduqları halların aşkara çıxarılmasına və aidiyyəti qurumların iştirakı ilə qarşısının alınmasına biganə qalmamağa çağırıb. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi Sənan Xəlilov yeniyetmələrin sağlam ruhda tərbiyəsi və erkən nikahdan və zərərli vərdişlərdən qorunması haqqında çıxış edib. İslam dinində Allah tərəfindən insanlara verilən hüquqlar və vəzifələr, valideyn-övlad münasibətləri barədə geniş izahat verib.  Erkən nikahın qarşısının alınması sahəsində təhsilin rolundan bəhs edərək şagirdlərin bu sahədə maarifləndirilməsini təmin etmək məqsədilə ümumtəhsil məktəblərində təhsil alan IX-XI sinif şagirdləri arasında vaxtaşırı disbutlar, dəyirmi masalar və fərdi söhbətlər aparıldığını diqqətə çatdırıb. Şəhər Mərkəzi Xəstəxanasının publik Hüquqi Şəxsinin  mama-ginekoloqu Sevinc Alışova erkən nikahın və qohumlar arasında nikahın fəsadları və reproduktiv sağlamlıq haqqında danışıb. Cinsi cəhətdən yetkin olmamaları və vaxtsız hamiləliyin azyaşlı qızların sağlamlığını böyük risk altında qoyduğunu, onların hamiləlik vaxtı həkimə çox vaxt müraciət etmədiyini, erkən yaşda hamiləlikdən doğulan uşaqların da sağlamlığında ciddi problemlər yarandığını vurğulayıb. Şirvan şəhər Polis şöbəsinin İstintaq Bölməsinin rəisi Əlihüseyn Tağızadə             yeniyetmələrin hüquqlarının müdafiəsində və erkən nikahın qarşısının alınması sahəsində polisin rolu barədə çıxış edərək, Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan maddələri barədə məlumat verib. Qızların təhsildən yayındırılaraq və zorakılığa məruz qalaraq ərə verilməsinə yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib. Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Nərmin Məmmədova yeniyetmələrdə səbirsizlik, dözümsüzlük  halları baş verdiyindən erkən yaşda ailə qurarkən onlarda ailənin istənilən probleminin ağırlığı altında depressiyaların, bəzən hətta ağır psixi pozuntuların müşahidə olunduğunu diqqətə çatdırıb. Sonra erkən nikahın mənfi nəticələrinə həsr olunmuş “Bir qızın hekayəsi” qısametrajlı filmi nümayiş olunub. Tədbirin sonunda məktəbliləri maraqlandıaran suallar cavablandırılıb.

 

 

Mətbuat xidməti

Keçidlər