Şirvanda ərzaq mağazalarında və çörək sexlərində növbəti monitorinq keçirilib 26.08.2022
26 avqust 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhər ərazisində fəaliyyət göstərən iri ərzaq mağazalarında və çörək sexlərində çörək və un təminatı ilə bağlı növbəti monitorinq keçirilib.
Monitorinq keçirilən ünvanlar:
-1 May küçəsi Akif Hümbətova məxsus ərzaq mağazası
-1 May küçəsi Xəyal Əliyevə məxsus ərzaq mağazası
-1 May küçəsi Mehman Məlikova məxsus ərzaq mağazası
-Nizami küçəsi Elvin Əliyevə məxsus Oba market
-T.Ələkbərov küçəsi Mübariz Panəliyevə məxsus Dəniz market
-S.Vurğun küçəsi Əvəzağa Şirəliyevə məxsus Azad market
-S.Vurğun küçəsi Şəmsi Məmmədova məxsus ərzaq mağazası
-H.Əliyev prospekti Məhəmməd Məmmədova məxsus ərzaq mağazası
-Ln-t İbrahimov küçəsi Əlisoltan Paşayevə məxsus Oba market
-28 May küçəsi Fəxri Eyvazova məxsus Oba market
-M.Ə.Rəsulzadə küçəsi Rəşad Kərimova məxsus Elt market
-T.İsmayılov küçəsi İsmayıl Tərlanova məxsus Mini market
-T.İsmayılov küçəsi Elmin Məmmədova məxsus Brend Store ərzaq mağazası
-M.Ə.Rəsulzadə küçəsi Tural Qalıqzadəyə məxsus Al market
Keçirilən monitorinqlər zamanı şəhərimizdə fəaliyyət göstərən iri ərzaq mağazalarında və çörək sexlərində çörək istehsalı və un təminatı ilə bağlı hər hansı çatışmazlıq aşkar olunmamışdır.
Mətbuat xidməti