Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü qeyd edilib.

16 dekabr 2025 | 14:28

Dekabrın 16-da peşə bayramı münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Fövqəladə Hallar Nazirliyinin Şirvan şəhərində fəaliyyət göstərən qurumlarının rəhbərləri və kollektivləri ilə birlikdə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov peşə bayramı günü münasibətilə Fövqəladə Hallar Nazirliyi əməkdaşlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Keçidlər