Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Gənclər narkomaniyaya yox deyir” mövzusunda tədbir keçirilib.

15 oktyabr 2025 | 15:40
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası üzrə Tədbirlər Planına uyğun olaraq, oktyabrın 15-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan Peşə Liseyində “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul işçisi Vasif Quliyev, Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafail Nəsirov, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı Murad Baxşiyev, Şirvan Peşə Liseyinin müəllim və tələbələri iştirak ediblər.
 
Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına mənfi təsirləri, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili barədə məlumat verilib, tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
 
Tədbirin sonunda tələbələrə narkotiklər və psixotrop maddələrin zərərləri barədə maarifləndirici bukletlər paylanılıb.
Keçidlər