Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib.

27 yanvar 2026 | 14:54

Yanvarın 27-də Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan “Gənclər Müstəqil Azərbaycan Konstitusiyasını və Ümummilli Lider Heydər Əliyevin irsini öyrənir" adlı layihə çərçivəsində növbəti maarifləndirici seminar Şirvan şəhərində təşkil olunub.

Gənclərə Ümummilli Lider Heydər Əliyevin irsinin, dövlətçilik kursunun təbliği, memarı olduğu müstəqil Azərbaycan Konstitusiyasının bölgə gəncləri arasında aşılanması, suverenliyimiz, konstitusion dəyərlərimiz və eləcədə ölkə Prezidentinin monolit siyasətinin gənclər arasında hərtərəfli yayılmasını nəzərdə tutan tədbir 30-a yaxın gəncin iştirakı ilə “Şirvan Gənclər evi” SXM-də keçirilib.

Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan layihənin rəhbəri, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova tədbirin məqsədi, gənclər üçün əhəmiyyəti barədə geniş məlumat verib.

Sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov Azərbaycan Respublikası Gənclər Fondunun və ADTGT İctimai Birliyinin belə maarifləndirici tədbirlərindən birinin də Şirvan gəncləri üçün təşkilini yüksək qiymətləndiriblər.

Həmçinin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif geniş profilli tədbirlərin, o cümlədən, gənclərin iştirakı ilə maarifləndirici tədbirlərin təşkil olunduğu və ADTGT İctimai Birliyinin bu layihəsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Daha sonra çıxış edənlər - layihənin eksperti, ADTGT İctimai Birliyinin sədri, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, “Şirvan Gənclər evi” SXM direktoru v.m.i.e Aytac Əliyeva Ulu Öndərin tarixi missiyası, onun Azərbaycanın inkişafı və tərəqqisində misilsiz xidmətləri, müstəqil Azərbaycan konstitusiyasının memarı və müəllifi olması, Azərbaycan dövlətçiliyini qoruyub saxlaması haqqında məlumatları diqqətə çatdırıblar. Ümummilli Liderin dövlətçilik və suverenlik kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilməsini qeyd edən Asif Əsgərli gənclərimizin də bu siyasəti bilməsinin vacibliyini ifadə edib.

Seminar işirakçıların sual cavabları, rəy və fikirləri ilə davam edib, sonda belə tədbirlərin regionlarda requlyar təşkili qeyd edilib.

Keçidlər