Şirvanda "Gender bərabərliyi "adlı tədbir keçirilib.
29 noyabr 2022-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin, Şirvan Dövlət iqtisadiyyat və Humanitar Kollecinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Gender bərabərliyi "adlı tədbir keçirilib.Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rafael Nəsirov, Kollecinin direktoru Bərxudar Bərxudarov, Mədəniyyət Mərkəzinin direktoru Namini Nəmidə, Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yəhyayeva ,Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova , Mədəniyyət Mərkəzinin "Diyarşünaslıq"klubunun müdiri Rufinə Vəliyeva çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu,bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazım olduğunu vurğulayıblar. Qeyd olunub ki, gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bildirilib ki, Azərbaycan qadın hüquqlarını və gender bərabərliyini dəstəkləyən bir sıra konvensiyalara qoşulub. Hazırda bütün dünya dövlətləri gender bərabərliyinin təmini sahəsində yeni imkanlar arayır, bu sahədə səylərini birləşdirməyə çalışırlar. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan isə tarixən formalaşmış zəngin ənənələri ilə həm bu prosesdə yaxından iştirak etmək, həm də gender bərabərliyinin təmini sahəsində mütərəqqi dünya təcrübəsindən səmərəli şəkildə yararlanmaq niyyətindədir.Tədbir böyük maraq və diqqətlə qarşılandı.