Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda hərbi xidmətə çağırış, azadetmə və möhlət verilmə şərtlərinə dair maarifləndirici tədbir keçirilib.

11 mart 2026 | 15:41

Martın 11-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan şəhər prokurorluğunun birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Azərbaycan Respublikasında hərbi xidmətə çağırış, hərbi xidmətdən azadetmə və ya möhlət verilmə şərtləri və hərbi xidmətdən yararsızlığın tibbi meyarları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rafail Nəsirov, Şirvan şəhər prokurorunun köməkçisi Ülviyyə Nuriyeva, Şirvan şəhər prokurorluğunun müstəntiqi Murad Bayramov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin əməkdaşı Müşfiq Əsgərli, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin hərbi rəhbəri Almara Dadaşova, Vətən müharibəsi iştirakçısı, müharibə əlili Aslan Cəfərov və kollecin tələbələri iştirak ediblər.

Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hərbi xidmətə çağırış qaydaları, hərbi xidmətdən azadetmə və möhlət verilməsi halları, eləcə də hərbi xidmətə yararlılığın müəyyən edilməsi zamanı tətbiq olunan tibbi meyarlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, gənclərin hüquq və vəzifələri, qanunvericiliyin tələblərinə əməl olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirdə iştirakçılarla interaktiv müzakirələr aparılıb, diqqət edilməli olan məqamlarla bağlı tövsiyələr verilib.

Keçidlər