Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

11 avqust 2023 | 13:37

“Heydər Əliyev ili” çərçivəsində 11 avqust 2023-cü il tarixində Şirvan Şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin genişmiqyasılı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutur. Ümummilli lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olduğunu, Ulu öndərin şəxsi təşəbbüsü, qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edildiyini qeyd edən İlqar Abbasov, ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını, müasir və müstəqil Azərbaycanın bu gün də Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini diqqətə çatdırıb. Sonra “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayiş olunub. Tədbirdə pedaqoji elmlər doktoru, professor Akif Abbasov məruzə ilə çıxış edərək bildirib ki, milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Akif Abbasov qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti müasir tariximizdə müstəsna yer tutur. Bu gün istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Ulu Öndərin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, onunla fəxr etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrədib. Azərbaycanın dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dili Ulu Öndərin əvəzsiz xidmətləri sayəsində xalqın milli mənəvi sərvətinə çevrilərək ən yüksək inkişaf zirvəsini yaşadığını diqqətə çatdırıb. Daha sonra çıxış edən Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov, əməkdar müəllim Sevil Xudiyeva Ulu Öndərin dilimizin inkişafı sahəsində atdığı addımlardan danışaraq, bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsinin məhz Ümummilli lider Heydər  Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Qeyd ediblər ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutub, milli dövlət quruculuğunun tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib. Ulu Öndər Heydər Əliyevin doğma dilimizdə dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi, hələ sovet dövründə qadağalara baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması Azərbaycan dilçiliyinin sürətli inkişafında müstəsna rol oynayıb.

Keçidlər