Şirvanda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
30 mart 2023 | 20:06
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, Tədbirlər planı çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə 30 mart 2023-ci il tarixdə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda ümumşəhər tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri Musa Quliyev, İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB yanında Şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin nümayəndələri iştirak edib.
Öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb.
Sonra YAP Şirvan şəhər təşkilatının konfrans zalında konfrans öz işinə başlayıb.
Azərbaycan xalqının Ümummilli lideri, Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu öndərin həyat və fəaliyyətindən və azərbaycançılıq məfkurəsinin geniş tətbiqindən bəhs edən video-çarx izlənilib.
Konfransı giriş sözü ilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açıb, tədbir iştirakçılarını və qonaqları salamlayıb. Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bütün ruhu, qanı, canı ilə Azərbaycana bağlı olan Ulu öndərin cəmiyyətin bütövləşməsi, həmrəyliyin möhkəmləndirilməsi, xalqların və etnik qrupların mədəni müxtəlifliyininin həm müdafiə, həm də inkişaf etdirilməsi, vahid amal ətrafında birləşdirilməsi üçün çətin bir yol qət etdiyini diqqətə çatdırıb. İllər ötsə də Ulu öndərin hər zaman qəlblərdə yaşayacağını, bütün dövrlərin müasiri olaraq dövlətimizin gələcəyini işıqlandıracağını vurğulayıb.
Sonra millət vəkili Musa Quliyev çıxış edərək, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin, dövlətçilik təcrübəsinin, elmi-fəlsəfi baxışlarının, fenomenal dünya görüşünün dünya ölkələrində dərindən öyrənildiyini bildirib. İki müxtəlif ictimai quruluşda ölkənin rəhbəri olan və hər iki dövrdə də böyük uğurlar qazanan nadir şəxsiyyət olduğunu qeyd edib. Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə azərbaycan dilinin əhəmiyyətinin artırılması, milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində gördüyü işlərdən danışıb. 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtıqdan sonra Azərbaycan diasporunun formalaşması, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində fəaliyyətindən bəhs edib. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsinin Ulu Öndərin ideyalarının layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Millət vəkili İltizam Yusifov Ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğunun təhlükədə olacağını düşündüyünü qeyd edib. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini, Qoşulmama Hərəkatının artıq 3-cü dəfə Azərbaycanla həmrəylik nümayiş etdirməsini və ən əsası Avropa İttifaqının Azərbaycana qarşı olan isti münasibətini əsası Umummili lider tərəfindən qoyulan diplomatiyamızın növbəti uğuru hesab etdiyini vurğulayıb.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid valideynləri Xuraman Əliyeva, Alim Zülfüqarov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şirvan şəhəri üzrə KOB-un dostu Rəhman Nəcəfov, S.Hüseynov adına 1 nömrəli tam orta məktəb-liseyin direktoru Rəfiqə Rzayeva müasir Azərbaycanın Ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu, onun xalqın qəlbinə səpdiyi dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik toxumlarının 2020-ci ilin sentyabrında cücərdiyini, elə bu amalla da Müzəffər Ali Baş Komandanın Dəmir yumruğunda birşləşən rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etdiynin bildiriblər. Dövlətimizin ictimai-siyasi sabitliyinin qorunması, ölkəmizin iqtisadi potensialının daha da inkişaf etdirilməsi, qüdrətlənməsi naminə dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında bundan sonra sıx birləşəcəklərini qeyd ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olmuş bir qrup şəxsə partiya vəsiqələri təntənəli surətdə təqdim olunub.

Mətbuat xidməti