Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Himayədar ailə” qayğı modelinin təbliği məqsədilə ictimai dinləmə keçirilib.

27 avqust 2026 | 16:44

Avqustun 27-də Şirvan Şəhər İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan Regional Filialının birgə təşkilatçılığı ilə Şirvan şəhərində ictimai dinləmə keçirilib. Şirvan Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırmaya həsr olunub.

Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva,  Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan Regional Filialının müdir müavini Samirə İsmayılova, filialın əməkdaşları, dövlət və bələdiyyə orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, təhsil işçiləri, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxışında “Himayədar ailə” qayğı modelinin uşaqların ailə mühitində böyüməsi və hüquqlarının qorunması baxımından əhəmiyyətini vurğulayıb. Model barədə ictimaiyyətin məlumatlandırılmasının və bu istiqamətdə aidiyyəti qurumlar arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan Regional Filialının müdir müavini Samirə İsmayılova “Himayədar ailə” qayğı modeli, onun üstünlükləri, müraciət qaydaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıb.

Tədbir çərçivəsində “Himayədar ailə” institutunun hüquqi əsasları və himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirilməsi prosesi barədə təqdimatlar edilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər