Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda icbari tibbi sığorta ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

12 mart 2024 | 12:57

Martın 12-də Şirvan Şəhər İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şirvan filialının birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafail Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şirvan filialının rəhbəri Ramin Hacıyev, Kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafail Nəsirov Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğıdan, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb. Bu sahədə icbari tibbi sığortanın əhəmiyyətini qeyd edən Rafail Nəsirov bununla əlaqədar vətəndaşlar arasında ciddi maarifləndirmə tədbirlərinin vacibliyini diqqətə çatdırıb.

Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şirvan filialının rəhbəri Ramin Hacıyev çıxış edərək, “İcbari tibbi sığorta haqları”, “Xidmətlər zərfində təminat verilən tibbi xidmətlər”, “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri”, “Tibbi xidmətlərdən istifadə qaydası”, “Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri” və “Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası”na dair geniş məlumat verib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər